“Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbirlər davam edir

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin “Xalq folkloru” dərnəyinin rəhbəri Nəzakət Cahangirovanın rəhbərliyi ilə “Zərərli vərdişlərə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, Gənclər və İdman Nazirliyinin Xətai rayon İdarəsinin nümayəndəsi, Xətai rayon Polis İdarəsinin əməkdaşı, məktəbin şagird və müəllim kollektivi və digər qonaqlar iştirak ediblər. Tədbirin təşkilində əsas məqsəd hər kəsi zərərli vərdişlərdən uzaq olmağa və sağlam həyat tərzi seçməyə çağırmaqdan ibarət olub.
“Narkotik maddələr tələdir, bu tələyə düşənin sonra oradan çıxması çətin olur. Buna görə də narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir” – deyə aparıcılar çıxışı zamanı vurğulayıblar. Tədbirdə şagirdlər tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş olunub, onların hazırladıqları səhnəciklər iştirakçılar tərəfindən maraqla izlənilib.
Pənah İmanov tədbir iştirakçılarına tütünçəkmənin fəsadları barədə məlumat verib və bildirib ki, tütün tüstüsündə 7 mindən artıq zərərli kimyəvi maddə var.
Məktəbin direktoru Cavid Əliyev şagirdlərə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə ciddi riayət etməyin və qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağın hər kəsin vəzifəsi olduğunu bildirib.