“Zooloji muzey”ə ekskursiya təşkil olunub

  Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin şagirdlərinin ekskursiyaları davam edir. Məktəbin ibtidai sinif müəllimi Səbinə Əlibəyovanın rəhbərliyi ilə 1D sinif şagirdlərin Zoologiya İnstitutunda fəaliyyət göstərən Zooloji muzeyə ekskursiyası təşkil olunub.

  Şagirdlər 1971-ci ildə Milli Elmlər Akademiyasının Rəyasət heyətinin qərarı ilə yaradılmış Zoologiya İnstitutunda fəaliyyət göstərən Zooloji muzeyin ekspozisiya fondunda yerləşən Azərbaycanın və dünyanın heyvanlar aləmindən müqəvva, skelet, təpmə,yaş preparatlardan ibarət, həmçinin kolleksiya şəklində hazırlanmış 1703 eksponatla yaxından tanış olublar. Şagirdlər valideynləri ilə birlikdə həm öyrənib, həm əyləniblər, sonda xatirə şəkli çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi