“Heydər Əliyev ili”nə həsr olunmuş intellektual yarış keçirilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq, "2023-cü il Heydər Əliyev ili” münasibətilə bilik müsabiqəsi keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını möhkəmləndirmək, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdir. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9b sinif şagirdləri Ramazanov Sabit, Məmmədov Xəzər, Mustafa Əlirza, Fətullayev Hüseyn, 10b sinif şagirdləri Həsənov Kamil, Süleymanlı Nail, 11a sinif şagirdi Abbaszadə Aqşinin iştirakçı olduqları “Mübarizlər” komandası IV yerə layiq görülüb.