Şagirdlərimiz “Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qaliblərindəndir

   Fövqəladə Hallar Nazirliyi tərəfindən təşkil olunmuş “Heydər Əliyev İli”nə həsr edilən “Fövqəladə hallar uşaqların gözü ilə” Respublika uşaq yaradıcılıq müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbirdə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və nazirliyin əməkdaşları, BMT Uşaq Fondunun (UNICEF) Azərbaycan Respublikasındakı nümayəndəsi Aleks Haykens, müsabiqənin qalibləri seçilmiş uşaqlar, o cümlədən Vətən müharibəsi şəhidlərinin övladları və ailə üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. Müsabiqənin keçirilməsində məqsəd ulu öndər Heydər Əliyevin zəngin irsinin, onun müdrik ideyalarının uşaq və yeniyetmələr arasında təbliğ edilməsi, həmçinin onlara təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin aşılanması, uşaqların vətənpərvərlik ruhunda böyüməsi, eləcə də istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsidir. Müsabiqəyə təqdim olunmuş işlər münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər müəyyənləşdirilib. Yekun olaraq 36 nəfər birinci, 21 nəfər ikinci, 41 nəfər üçüncü yerə, 65 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 5d sinif şagirdi Telman Həmzəyev, 6d sinif şagirdi Günay Ziyadxanlı, 6f sinif şagirdləri Aylin Qasımlı, Surə Axundova və Sofiya Şabalayeva diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi