“Heydər Əliyevin anadan olmasının 100 illiyi”nə həsr olunmuş velosiped yarışı

   03.05.2023-cü il tarixində Yeni Azərbaycan Partiyasının Xətai rayon təşkilatının və ROEQİUGVM təşkilatçılığı ilə “Heydər Əliyevin anadan olmasının 100 illiyi”nə həsr olunmuş Bakı şəhəri “Respublika Velotreki”ndə velosiped yarışı keçirilib. Yarışda Xətai rayonunda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 2009-2011-ci il təvəllüdlü şagirdləri iştirak ediblər. Yarışın keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəsilə Heydər Əliyev irsini təbliğ etmək, velosiped idman növünün təbliği və inkişafına nail olmaq, şagirdlərin asudə vaxtlarının səmərəli təşkil edilməsi, həmçinin məktəblərin gənc velosipedçiləri arasında dostluq ənənələrini möhkəmləndirməkdir.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 6f sinif şagirdi Aliyə Əlibəylinin, 8f sinif şagirdləri Aslan İsmayılov və Maksim Milovanovun iştirak etdiyi komanda IV yerə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi