Şagirdimiz “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın qalibidir

   Mayın 1-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə  “Bizim gələcək, bizimlə gələcək” adlı intellektual yarışın final mərhələsi keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra ulu öndərin uşaq siyasətini əks etdirən videoçarx nümayiş olunub.

   Qeyd edək ki, intellektual yarışda hərəsində 5 iştirakçı olmaqla ümumilikdə 158 komanda iştirak edib. Onların arasından hər rayondan 1 komanda qalib gələrək final turuna vəsiqə qazanıb. Birinci yeri Xətai rayonunun, ikinci yeri Yasamal rayonunun və üçüncü yeri Binəqədi rayonunun komandaları tutub.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9b sinif şagirdi Sabit Ramazanov Xətai rayonunun qalib komandasında iştirak edərək, sonda sertifikat və hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi