“Ailəm və məktəbim” layihəsinə əsasən futbol yarışı

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Ailəm və məktəbim” layihəsinə start verilib. Layihənin keçirilməsində əsas məqsəd cəmiyyətin təməlini təşkil edən, dəyərlərini yaşadan ailələr və ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığı təşviq etməkdən ibarətdir. Layihə çərçivəsində valideynlərin övladlarının təhsil aldığı müəssisə ilə yaxından tanış olması, o təhsil müəssisəsində həyata keçirilən layihələr barədə məlumatlandırılması məqsədilə keçirilən “Valideynin məktəbdə bir günü” layihəsinə əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə futbol idman növü üzrə yarış təşkil olunub. Yarışa şagirdlərin valideynləri xüsusi hazırlanmış bukletlərlə dəvət olunublar. Valideynlərin təklif və fikirlərinin öyrənilməsi üçün sorğu keçirilib, növbəti yarışlara onların da cəlb olunması haqqında müzakirələr aparılıb. IV siniflər arasında keçirilən növbəti yarışda 4 c sinfi rəqiblərini məğlub edərək qalib gəlib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi