Məktəbdaxili futbol yarışı keçirilib

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “İdmansevərlər!” layihəsinə start verilib. Layihənin keçirilməsində məqsəd təhsilalanlarda fəal və sağlam həyat tərzinin inkişaf etdirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, idmanın şagirdlər arasında kütləviləşdirilməsi, həmçinin Azərbaycanın idman şöhrətini yüksəldən idmançılarının tanıdılmasıdır.

  Layihə çərçivəsində ümumi təhsil müəssisələrində idmanın müxtəlif növləri üzrə müsabiqə, yarış və turnirlərin, “Kim sevirsə, idmanı” adlı rəsm sərgilərinin, fiziki tərbiyə müəllimləri ilə birgə fləşmobların keçirilməsi nəzərdə tutulub.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə həmin layihəyə əsasən, dördüncü sinif şagirdlər arasında futbol idman oyunu növü üzrə yarışma təşkil olunub. Sonda qalib gələn şagirdlər rəhbərlik tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb. 4a sinfinin şagirdlərindən təşkil olunan “Qarabağ” komandası 4b sinfinin şagirdlərindən təşkil olunan “Mübarizlər” komandasına 3:2 hesabı ilə qalib gəliblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi