Şagirdlərimiz Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günündə

   Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçirilib. Tədbirdə Peşə təhsili üzrə Dövlət Agentliyinin İşəgötürənlərlə iş və innovativ layihələr şöbəsinin müdiri Ceyran Məmmədli, Gələcək üçün peşə təhsili və təlimi layihəsinin meneceri Eltəkin Ömərov, Karyeraya dəstək mütəxəssisi Güllü Baharlı, Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov,  Xətai rayon Gənclər və İdman İdarəsinin nümayəndəsi Mamed Rzayev, ictimaiyyət nümayəndələri, məktəb direktorları, o cümlədən 30-a dək ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri və müəllimlər iştirak ediblər.

   “Açıq qapı” günündə şagirdlərimiz açıq havada tələbələrin əl işlərindən ibarət təşkil olunmuş sərgilərlə, müxtəlif ixtisaslar üzrə nümayiş olunan master klaslarla baxış keçirib, mərkəzin tədris emalatxanalarında tədris prosesi izləyib və mövcud avadanlıq və xidmətlərə baxış edib və yenicə istifadəyə verilmiş karyera mərkəzi ilə yerindəcə tanış olublar. Həmçinin mərkəzin karyera məsləhətçiləri tərəfindən şagirdlərə mövcud ixtisaslar haqqında karyera məsləhətləri verilib, onlar qəbul qaydaları barədə məlumatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi