“Özümüzü məişət zorakılığından necə qorumalıyıq?”

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər Milli Fəaliyyət Planı"na uyğun  olaraq “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı maarifləndirmə xarakterli seminar keçirilib. Seminarda məktəbin VIII, IX və X sinif şagirdləri də iştirak ediblər.

   Tədbirin keçirilməsində əsas məqsəd gələcəyimiz olan uşaqları haqsızlıqdan, ədalətsizlikdən, zorakılıqlardan və bütün təhlükələrdən qorumaq, onlar arasında tərbiyəvi  maarifləndirmə işlərini genişləndirməkdir. Seminarda  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov şagirdləri maraqlandıran sualları cavablandırıb. Sonda məişət zorakılığına həsr olunmuş videoçarx nümayiş olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi