“Cəmiyyətin bəlası-məişət zorakılığı”

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi” publik hüquqi şəxsi və Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər Milli Fəaliyyət Planı"na uyğun olaraq “Cəmiyyətin bəlası-məişət zorakılığı” adlı maarifləndirmə xarakterli seminar keçirilib. Seminarda Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin IX sinif şagirdləri də iştirak ediblər.
Tədbirin keçirilməsində əsas məqsəd gələcəyimiz olan uşaqları haqsızlıqdan, ədalətsizlikdən, zorakılıqlardan və bütün təhlükələrdən qorumaq, onlar arasında tərbiyəvi maarifləndirmə işlərini genişləndirməkdir. Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov dərnək üzvlərinin maraqlandırdığı sualları ətraflı cavablandırıb. Sonda məişət zorakılığına həsr olunmuş videoçarx nümayiş olunub.