“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin ekskursiyaları davam edir. Məktəbin tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi ilə 6E və 10C sinif şagirdlərinin "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğuna ekskursiyası təşkil olunub.

   Ayşəm Həsənova şagirdlərə Azərbaycan Respublikası Prezidentinin 02 may 2007-ci il tarixli sərəncamı ilə "Yanardağ"ın ərazisi dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edildiyini səsləndirib. Tur bələdçisi ekskursiya iştirakçılarına ərazisi 64,55 hektar olan bu sahəyə Qurd yuvasının, min yaşı olan iki qəbiristanlığın və qədim məscidin, Qotursu bulağının, Əli daşının, Kardaşının, Qırməki vadisinin və Yanardağın aid olması barədə ətraflı məlumat verib.

   Sonda ekskursiya iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi