“Heydər Əliyev və Azərbaycan tarixi”

   Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq, "2023-cü il Heydər Əliyev ili” münasibətilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi ilə növbəti dəfə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik müsabiqəsi keçirilib. Müsabiqədə məktəbin direktoru Cavid Əliyev, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Leyla Binnətova, psixoloq Fatiməxanım Qasımova, Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiyyə Əliyeva və tarix müəllimi Vəsilə Babayeva münsiflər heyəti kimi iştirak ediblər. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını möhkəmləndirmək, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdir. VII və VIII siniflər arasında təşkil olunan bilik müsabiqəsində iştirakçılara ümumilikdə 30 sual ünvanlanıb. VII siniflər arasında keçirilən müsabiqədə 7E sinif şagirdlərinin üzvlərindən ibarət komanda, VIII siniflər arasında keçirilən müsabiqədə isə 8F sinif şagirdlərinin üzvlərindən ibarət komanda qalib gələrək, rəhbərlik tərəfindən diplomlarla mükafatlandırılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi