Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları ilə görüş keçirilib

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə peşəyönümü işinin təşkili və təbliği ilə əlaqədar olaraq şagirdlərin maarifləndirilməsi prosesi davam edir. Məktəbin buraxılış sinif şagirdləri ilə Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əməkdaşları arasında görüş keçirilib. Görüşdə məktəblilərə müasir dövrdə peşə təhsilinin əhəmiyyəti, uğurlu karyera qurmaqda peşə təhsilinin rolu haqqında ətraflı məlumat verilib.
Şagirdlər Dəmir yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tədris olunan ixtisaslar, qəbul qaydaları haqqında ətraflı məlumatlar əldə edib, onları maraqlandıran suallara cavab alıblar.