“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik müsabiqəsi

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq, "2023-cü il Heydər Əliyev ili” münasibətilə Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Ayşəm Həsənovanın rəhbərliyi ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda bilik müsabiqəsi keçirilib. Müsabiqədə məktəbin direktoru Cavid Əliyev, uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçı Leyla Binnətova, psixoloq Şəfəq Soltanova, Fatiməxanım Qasımova, Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiyyə Əliyeva və tarix müəllimi Vəsilə Babayeva münsiflər heyəti kimi iştirak ediblər. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını möhkəmləndirmək, onları vətənpərvərlik ruhunda tərbiyə etməkdir. VI və X siniflər arasında təşkil olunan bilik müsabiqəsində iştirakçılara ümumilikdə 30 sual ünvanlanıb. VI siniflər arasında keçirilən müsabiqədə 6E sinif şagirdlərinin üzvlərindən ibarət komanda, X siniflər arasında keçirilən müsabiqədə isə 10C sinif şagirdlərinin üzvlərindən ibarət komanda qalib gələrək, rəhbərlik tərəfindən diplomlarla mükafatlandırılıblar.