Buraxılış sinif şagirdləri ilə seminar keçirilib

Bu gün Təhsil Tələbə Krediti Fondunun əməkdaşı Fatimə Abdullayeva Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 11- ci sinif şagirdləri ilə maarifləndirici görüş keçirib. Görüşün keçirilməsində əsas məqsəd buraxılış sinif şagirdlərinə tələbə kreditləri haqqında geniş məlumat vermək , dövlət tərəfindən onlar üçün nəzərdə tutulmuş imkanlardan istifadə qaydalarını başa salmaqdır. Sonda şagirdlər tərəfindən yaranmış suallara aydınlıq gətirilib.