İmtahan həyəcanının aradan qaldırılması üzrə təşkil edilən psixoprofilaktik iş

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə psixoloq  Fatiməxanım Qasımovanın rəhbərliyi ilə “Abituriyentlərin imtahana psixoloji hazırlığı: həyəcan və stressin idarə olunması” mövzusunda 9-cu sinif  şagirdlərilə psixoprofilaktik iş təşkil olunub. Psixoprofilaktik işin keçirilməsində əsas məqsəd şagirdlərin öyrənilən biliklərin imtahan zamanı effektiv şəkildə istifadə edilməsini əngəlləyən və uğur faizinin aşağı düşməsinə səbəb olan həyəcan və stresin aradan qaldırılmasına kömək etməkdir. Öncə siniflərdə  şagirdlərə “ İmtahan həyəcanının dərəcəsi” adlı testlər paylanılıb. Şagirdlərlə iş zamanı imtahandan bir gün öncə,  imtahan zamanı özümüzü necə idarə etməliyik, həyəcanlanmamaq üçün hansı texnikalardan istifadə etməliyik kimi praktik nümunələrdən istifadə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi