“Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsi

Heydər Əliyev adına liseydə Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli Sərəncamına uyğun olaraq, "2023-cü il Heydər Əliyev ili” münasibətilə təşkil olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda referat yazı müsabiqəsinin Xətai rayonu üzrə yekun mərhələsi keçirilib.
Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri Könül Əfəndiyeva və Mirtural Mirsultanov və Xətai rayon Gənclər və İdman Idarəsinin rəhbəri Əfqan Rzayev iştirak ediblər..
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin 9e sinif şagirdi Fatimə Əhədli referat yazı müsabiqəsində adını qaliblər sirasına yazdıraraq, diplomla mükafatlandırılıb.