“31 mart Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş dərslər keçirilib

Azərbaycan xalqına qarşı törədilmiş soyqırım faciələrini qeyd etmək məqsədilə mərhum prezident Heydər Əliyevin 27 mart 1998-ci il “31 Mart Azərbaycanlıların Soyqırımı haqqında” fərmanı ilə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir.
M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə bu günlə əlaqədar dərslərin keçirilməsi və divar qəzetlərinin hazırlanması təşkil olunub. Dərslərdə müəllimlər şagirdlərə Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması haqqında tarixi faktlara əsasən məlumat veriblər. Şagirdlərin hazırladıqları divar qəzetlərində həmin soyqırımı əks etdirən müxtəlif rəsmlər və məlumatlar öz əksini tapmışdır. Məktəbin tarix müəllimləri Azərbaycan xalqına qarşı törədilmiş 31 Mart Soyqırımının Bakı şəhərində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Naxçıvan, Qarabağ və digər ərazilərdə baş verdiyi haqqında ətraflı məlumat verdikdən sonra, şagirdlərə video çarxlar nümayiş etdiriblər. Şagirdlərin öyrəndikləri biliklər əsasında fikir mübadiləsi aparılıb.
Məktəbin direktoru Cavid Əliyev 1918-ci ilin 30 mart-3 aprel tarixləri arasında Bakı quberniyasının müxtəlif bölgələrində,eləcə də Zəngəzur,Salyan,Hacıqabul və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə geniş məlumat verib.