"Dəyərlərimizi necə qoruyaq?" adlı konfrans keçirilib

Təhsil alanları milli-mənəvi dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirmək və dəyərlərimizi qorumaq məqsədilə Tədbirlər Planına əsasən “Dəyərlərimizi qoruyaq!” adlı layihənin keçirilməsi nəzərdə tutulub.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə "Dəyərlərimizi necə qoruyaq?" adlı konfrans keçirilib. Konfransda məktəbin direktoru Cavid Əliyev, müəllimlər və şagirdlər iştirak ediblər. Azərbaycan Respublikasının Əməkdar jurnalisti, müharibə veteranı, Prezident təaqaüdçüsü, ehtiyatda olan polkovnik-leytenant, elm və təhsillə bağlı maraqlı məqalələrin müəllifi, Rüstəmli İbrahim İbad oğlu tədbir iştirakçılarına “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” , “Milli-mənəvi dəyərlər və müasirlik” mövzularında ətraflı məlumat verib. Sonda müəllimlər və şagirdlər tərəfindən hazırlanan sosial videoçarxlar iştirakçılara nümayiş etdirilib.