Reproduktiv sağlamlıq mövzusunda seminar

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumi təhsil müəssisələrinin şagirdləri arasında sağlam həyat tərzi və reproduktiv sağlamlıq, eləcə də erkən və qohumlarası nikahların qarşısının alınması sahəsində maarifləndirmə işinin aparılması məqsədilə aidiyyəti qurumların birgə səyləri nəticəsində hazırlanmış “Ümumi təhsil müəssisələrinin VIII-IX siniflərdə reproduktiv sağlamlıq mövzusunda məşğələlər üzrə metodiki vəsait”ə əsasən məşğələlərin keçirilməsi nəzərdə tutulub. Bu təlimlərə əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin VIII sinif şagirdlərinin iştirakı ilə maarifləndirici seminar təşkil olunub. Sonda məktəbin Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiyyə Əliyeva, psixoloqu Şəfəq Soltanova və tibb bacısı Samirə İbrahimova şagirdləri maraqlandıran sualları cavablandırıblar.