“Olimpiya oyunları uşaqların gözü ilə”

  

   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində idman həftəsi keçirilir. 5 Mart – Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı keçirilən idman həftəsi martın 3-dək davam edəcək. İdman həftəsinin keçirilməsində məqsəd şagirdlərin idmana olan marağının artırılması və sağlam həyat tərzinin təbliğindən ibarətdir.

   Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş idman həftəsi çərçivəsində Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə uşaq birliyi təşkilat rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə şagirdlər arasında “Olimpiya oyunları uşaqların gözü ilə” əl işlərindən ibarət rəsm müsabiqəsi keçirilib. İdman həftəsində fəal iştirak edən şagirdlər rəhbər heyət tərəfindən mükafatlandırılacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi