"Xocalı Soyqırımı"na həsr olunmuş rəsm müsabiqəsi

“Dünya tarixinin ən qanlı faciələrindən biri sayılan Xocalı soyqırımı XX əsrdə erməni şovinizminin mahiyyətini aşkara çıxaran təkzibolunmaz tarixi gerçəklikdir” -deyə İlham Əliyev öz çıxışında dəfələrlə vurğulamışdır.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Uşaq Birliyi Təşkilat Rəhbəri Şərqiyyə Əliyevanın təşəbbüsü ilə şagirdlərinin əl işlərindən ibarət “ Xocalıya ədalət! ” adlı rəsm müsabiqəsi təşkil olunub. Rəsm müsabiqəsinin keçirilməsində əsas məqsəd azərbaycanlılara qarşı törədilmiş soyqırımı unutdurmamaq, gələcəkdə təkrarlanmaması üçün şagirdləri vətənpərvər ruhda tərbiyələndirməkdir.
Müsabiqədə 11f sinif şagirdi Ziya Quliyev I yer, 10f sinif şagirdi Ləman Zeynalova II yer, 8f sinif şagirdi Aysel Həsəni isə III yerə layiq görülüb. Qalib gələn şagirdlərin rəsmləri “Xocalı soyqırımını unutma !” foto sərgisində nümayiş olunub.