“Ulu Öndər Heydər Əliyevin 100 illiyinə”nə həsr olunmuş bilik müsabiqəsi

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycanın dövlət qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə bağlı tədbirlər planına əsasən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Tarix yazan imza” adlı məktəbdaxili bilik müsabiqəsi təşkil olunub. Müsabiqədə IV sinif şagirdləri iştirak ediblər. Azərbaycan bölməsi üzrə 4a sinif şagirdləri, rus bölməsi üzrə isə 4c sinif şagirdləri qalib gələrək, məktəb rəhbərliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.