Bullinq və onun fəsadları

  Bullinq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir. Bullinq  çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur. Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Xüsusən azyaşlı uşaqlar aldıqları sevgini, gözəl tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Sonda qazanan da, itirən də cəmiyyət olur.

   Bullinq - özünə, digər şəxsə, bir qrup insana, icmaya qarşı yönələn və nəticədə cismani zədələr, ölüm, psixoloji travma, inkişafın pozulması və ya digər formada zərər vuran (yaxud böyük ehtimalla güman olunan) həqiqi və ya hədə şəklində qəsdən edilən fiziki qüvvə və ya səlahiyyətin tətbiq edilməsidir.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin yeniyetmə şagirdləri ilə  Leyla Binnətovanın rəhbərliyi ilə bu mövzuda görüş keçirilib. Şagirdlərə həmçinin “Qadın alveri və zorakılığı” haqqında da geniş məlumat verilib. Bununla yanaşı şagirdlərə real hadisələrə əsaslanan videoçarxlar təqdim olunb. Sonda  mövzu ilə əlaqədar uşaqları maraqlandıran  bütün suallar cavablandırılıb . Yeniyetmələrə bullinq hallarına qarşı mübarizə aparmaqları tövsiyə olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi