“Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”

23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1995-ci ildə UNESCO tərəfindən təsdiq edilib. Həmin gün dünya ədəbiyyatında simvolik tarixdir. Həmin tarixdə Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli ədiblərin vəfat etdiyi gündür. Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin kitabxanasında “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” ilə əlaqədar 2f sinif şagirdləri ilə kitabxana müdiri Gülnarə Abbasovanın rəhbərliyi altında “dəyirmi masa” keçirilib.
Leyla Binnətova şagirdlərə özünə çağırış etməyi, yeni mövzular, formatlar və ya qeyri-adi janrları araşdırmağı tövsiyə edib. Gülnarə Abbasova bildirib ki, insanları oxumağa cəlb etmək hər birimizin borcudur.