Monitorinq 2 nəticələrinin təhlili

   Bu gün M.Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə BŞTİ tərəfindən 27 dekabr 2023-cü il tarixdə keçirilən monitorinqin nəticələrinə həsr edilmiş direktoryanı müşavirə keçirilib.

   Məktəbin direktoru Cavid Əliyev zəif nəticə göstərən siniflərin fənn müəllimlərinə və sinif rəhbərlərinə ciddi tapşırıqlar verib.

   Fənn müəllimləri Elçin Orucov, Gülnaz Hüseynova, Sədaqət Əliyeva, Sevinc Paşayeva, Yeganə Qarayeva və digərləri növbəti monitorinqə qədər şagirdlərin nəticələrinə müsbət təsir göstərəcək təkliflər irəli sürüblər.

   Təlim-tərbiyə işləri üzrə direktor müavini Ülkər İsmayılova şagird nailiyyətlərini yüksəltmək məqsədilə buraxılış imtahan fənnlərindən salınmış əlavə dərslərin cədvəlini bir daha müəllimlərin nəzərinə çatdırıb.

   Sonda Cavid Əliyev məktəbin BŞTİ və Xətai rayon məktəbləri üzrə reytinqi barədə məlumat verib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi