BŞTİ tərəfindən Monitorinq 3 keçirilib

7 fevral 2023-cü il tarixdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində, o cümlədən Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə VIII və IX sinifləri üzrə monitorinq keçirilib. BŞTİ tərəfindən keçirilən monitorinqin əsas məqsədi şagirdlərdə bilik və bacarıqların formalaşma səviyyəsini müəyyən etmək, buraxılış imtahanlarının nəticələrinə mənfi təsir edən səbəbləri aşağı siniflərdən aşkar etmək və tədrisin keyfiyyətinin daha da artırılmasına nail olmaqdan ibarətdir. Monitorinq təlim dili, riyaziyyat və xarici dil fənləri üzrə keçirilib. Təhsilalanlara təlim dili üzrə 4-ü açıq sual olmaqla 30, riyaziyyat fənni üzrə 10-u açıq sual olmaqla 25, xarici dil üzrə isə 4-ü açıq olmaqla 30 sual təqdim olunub. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt verilib.