“Avarçəkmə yarışı”

  Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb. Bununla əlaqədar Bakı bulvarı ərazisində avarçəkənlərin nümunəvi çıxışları və tədbir təşkil olunub. Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilyeva, Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev və digər rəsmi şəxslər iştirak ediblər.

   Dəniz avarçəkməsi üzrə Avropa çempionu, dünya çempionatının gümüş medalçısı Diana Dimçenko, müxtəlif beynəlxalq turnirlərin qalibi Ziya Məmmədzadə, eyni zamanda yığma komandanın digər üzvlərinin dəniz avarçəkməsi, akademik avarçəkmə kayak və kanoe, həmçinin turistlər üçün nəzərdə tutulan qayıqlarda nümunəvi çıxışları baş tutub.

   Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin müəllim və şagirdləridə bu tədbirdə fəal iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi