Şagirdlərimizin "Sənətin ən yaxşı bilicisi" kulinariya müsabiqəsində iştirakı

   Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi və Xətai rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qarabağ mətbəxinə həsr olunmuş "Sənətin ən yaxşı bilicisi" kulinariya müsabiqəsi təşkil olundu.

   Müsabiqənin təşkilində məqsəd Peşə təhsilinin,Azərbaycan Milli mətbəxinin və mətbəx mədəniyyətinin gənclər arasında təbliğ olunmasından ibarət idi.Müsabiqədə  Xətai və Suraxanı rayonlarında yerləşən 86,191, 260, 264 nömrəli tam orta məktəblərin şagirdləri, 64 nömrəli tam orta məktəbin peşə təmayüllü sinfindən ibarət komandası və mərkəzimizin Aşpaz və Qənnadçı-şirniyyatçı ixtisasları üzrə təhsil alan  tələbələrindən ibarət komandası iştirak etdilər.

   Müsabiqənin birinci günündə​ Qarabağ mətbəxinə məxsus "Fəsəli" hazırlandı.Hazırlanan təamlar münsiflər heyəti olan Fairmont Bakı Otelin baş aşpazı Anar Qasımov, The Merchant Bakı Otelin aşpazı Əliəşrəf Alışov və Aşpaz  Rövşən Qəniyev tərəfindən qiymətləndirildi. Müsabiqənin ikinci günündə isə "Şüyüd plov" hazırlandı.

   Mübariz Nəcəfov adına 86 nömrəli məktəbin 9-cu sinif şagirdləri Sənəm Məmmədli,Dinara Vəlixanova və Anastasiya Nikolayeva müsabiqədə iştirak etdilər. Müsabiqədə ümumilikdə 8 orta ümumtəhsil məktəbinin komandaları iştirak etdi,sonda komandaların üzvlərinə fəal iştiraka görə diplom və  serifikatlar verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi