18 Oktyabr-Müstəqilliyin Bərpası Günü

Müstəqillik günü Azərbaycan tarixinin ən yadda qalan günlərindən biridir.18 Oktyabr - Dövlət Müstəqilliyi Günü ulu öndər Heydər Əliyevin 1994-cü il 15 oktyabr tarixli fərmanı ilə hər il qeyd edilir.Lakin bu il Milli Məclisin “Müstəqillik Günü haqqında” qanun layihəsinə əsasən,mayın 28-i Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü,oktyabrın 18-i Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edildi.
Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə “Müstəqiliyin Bərpası Günü”nə həsr olunmuş açıq dərslər keçirildi.
Məktəbimizin şagirdləri ölkəmizə həsr olunmuş və vətənpərvər ruhda yazılmış şeirlər söylədilər.Müstəqillik yolunda ölkəmizin apardığı tarixi,şanlı mübarizə yolu,bu mübarizədə böyük rol oynamış şəxsiyyətlər haqqında geniş məlumat verdilər.
Açıq dərsləri keçirməkdə əsas məqsəd şagirdlərə ölkənin tarixini,müstəqilliyini,suverenliyini təbliğ etmək,gələcək nəsillərə müstəqil dövlətimizin,vətənimizin keşiyində layiqincə durmağı aşılamaqdır.