15 sentyabr - "Bilik Günü"dür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2004-cü il avqustun 21-də ölkənin təhsil müəssisələrində təlimin keyfiyyətinin yüksəldilməsi və ümumilikdə təhsil sisteminin təkmilləşdirilməsi məqsədilə fərman imzalayıb.“Azərbaycan Respublikasında “Bilik Günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” fərmana əsasən,ölkənin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır və 15 sentyabr "Bilik Günü" kimi qeyd olunur.
Lakin bu il dünyada və ölkəmizdə hökm sürən COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təhsilin pillələri və təhsil səviyyələri üzrə 2021\2022-ci tədris ilində tədris və təlim-tərbiyə prosesi aşağıdakı tarixlərdən :
- ümumi təhsil pilləsinin məktəbəhazırlıq mərhələsində- 2021-ci il oktyabrın 1-dən;
-ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə- 2021-ci
il sentyabrın 22-dən;
--ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri 2021-ci il sentyabrın 29-dan başlanılacaq və əyani formada təşkil ediləcək.
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı , Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bu gün ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə dövlət proqramları uğurla həyata keçirilir.