"Çövkən oyunu - keçmişimizdən bu günə"

   "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 2020-2021-ci tədris ili üçün "Fəaliyyət Planı"nda təlim-tərbiyə prosesində hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində şagirdlərə orduya rəğbət, vətənə xidmət, xalqa məhəbbət kimi hisslərin aşılanması məqsədilə vətəndaş mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği baxımından 28.04.2021-ci il tarixdə Microsoft Teams proqramı üzərindən VI siniflərdə  Fiziki tərbiyə fənnindən "Çövkən oyunu - keçmişimizdən bu günə" adlı onlayn açıq dərs təşkil olundu. Fənn müəllimi Yusif Abdurəhimov  Çövkən oyunu haqqında geniş məlumat verdi. Çövkən, bəzən çovqan - at ilə oynanılan idman komanda oyunu və müasir Polo oyununun bir versiyasıdır. Oyun iştirakçıları  iki dəstəyə ayrılır və iki tərəfdə  qoyulan dirəklərdən ibarət rəqib qapılarından topu keçirmək tələb olunur. Komandanın tərkibi 7 nəfərdən ibarətdir, atların sayı 6 olmalıdır. Oyun iki hissəli olmaqla 30 dəqiqə davam edir.

   VI sinif şagirdləri Nəriman Əmirov, Murad Fərəcov, Aysel Əliyeva Çövkən oyununun tarixi haqqında geniş məlumat verdilər. Şagirdlər tərəfindən hazırlanmış videoçarxlar onlayn dərsi daha da maraqlı etdi.

   Onlayn dərsdə iştirak edən məktəbin direktoru Cavid Əliyev Çövkən oyununun Qarabağ torpağında çox qədimdən məşhur olduğunu vurğuladı. "Kitabi-Dədə Qorqud" boylarında və Nizami Gəncəvinin "Xosrov və Şirin" əsərində çövkən oyunundan bəhs edilir. Mədəni irsimizin zəngin səhifəsi olan atüstü milli oyunlarımızı XXI əsrdə yenidən gündəmə gətirməklə milli-mənəvi dəyərlərimizə sahib çıxdığımızı bir daha sübut etdik. Mədəni irsimizə diqqət və qayğısını əsirgəməyən Azərbaycan Prezidenti İlham Əliyevin və UNESCO-nun Xoşməramlı səfiri Mehriban xanım Əliyevanın səyi nəticəsində Qarabağ atüstü oyun ənənəsi - Çövkən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.

  Sonda məktəbin direktoru maraqlı dərs üçün müəllim və şagirdlərə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi