Yol hərəkəti qaydaları ilə bağlı maarifləndirici açıq dərslər keçirilib

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə yol hərəkəti qaydaları ilə bağlı “açıq dərs” keçirilib. Dərsdə sinif müəllimi şagirdlərə yol hərəkəti qaydaları haqqında ətraflı məlumat verib. Daha sonra şagirdlər piyadaların vəzifələri, işıqfor, stop nişanları haqqında təqdimatlar hazırlayıb və təqdim ediblər.
Şagirdlər yol hərəkəti nişanları və nəqliyyat növlərinə aid şeirlər səsləndirib, yol nişanları ilə düzəldilmiş “şəhər küçələrində” yol hərəkəti qaydalarını pozan piyada və sürücüləri səhnəciklə canlandırıblar. Qaydalara əməl etmək barədə tövsiyyələr veriblər.