Fənn aylıqlarına start verildi

Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbin tarix müəllimi Samirə Şıxəliyeva “9 a” sinfində “Sovet hakimiyyəti dövründə Azərbaycanın ərazi bütövlüyünə yeni qəsdlər” mövzusunda açıq dərs keçirdi. Dərs Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Motivasiya üçün Azərbaycan xəritələrindən istifadə edərək xəritələrdəki dəyişikliklərlə şagirdlərin diqqətini cəlb etdi. Tədqiqat sualı: Müstəqilliyimizə qəsdin nəticəsi nə oldu?

Şagirdlər qruplara bölünərək verilən videomaterial və müəllimin izahı ilə yeni dərsi mənimsəyərək onlara verilən tapşırıqları hazırladılar. Hər qrup işini təqdim edərək müzakirə apardı.

Zaman oxunda verilən xronoloji məsələ həll edildi. Şagirdlər Azərbaycanın ərazilərinin işğalını əks etdirən sxem hazırladılar. Dərsin sonunda qiymətləndirmə aparıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi