"Valideynin məktəbdə bir günü" layihəsi keçirilib

Dekabrın 19-da Mübariz Nəcəfov adına 86 nömrəli tam orta məktəbdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26 noyabr 2019-cu il F-448 nömrəlil əmrinə əsasən "Valideynin məktəbdə bir günü" layihəsi çərçivəsində valideynlərlə görüş keçirildi.

Öncədən tərtib olunmuş proqrama əsasən valideynlər akt zalına dəvət olundu və məktəbin direktoru Cavid Əliyev layihənin mahiyyəti, müsbət valideyn-məktəb münasibətlərinin keyfiyyətli tədrisə təsiri, habelə məktəbin qazandığı uğurlar haqqında məlumat verdi.

Məktəbin psixoloqu Şəfəq Həsənova bullinq mövzusu ilə çxış etdi. Valideynlərə “Mənimlə danış” videoçarxı nümayiş olundu.

Qeyd edək ki, “Valideynin məktəbdə bir günü” adlı layihənin təşkil olunmasının əsas məqsədi müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

Akt zalında keçirilən rəsmi açılışdan sonra valideynlər məktəb infrastrukturu ilə yaxından əyani olaraq tanış olmaq üçün məktəbi gəzdilər. Onlar kimya, biologiya, fizika, informatika fənn kabinələrinə, idman zalı, yeməkxana, tibb otağı, hərbi hazırlıq otağı və s. otaqlara baş çəkdilər. Daha sonra valideynlər qruplar şəklində bölünərək bukletlərdə göstərilmiş cədvələ uyğun istədikləri dərslərdə iştirak etdilər.

Tədbirin sonunda valideynlər üçün hazırlanmış məktəbin istedadlı şagirdlərindən təşkil olunmuş öz fəaliyyət qrupunun iştirakı ilə konsertə dəvət olundular. Şagirdlərin ifasında bir –birindən gözəl şeir, musiqi və rəqs nümunələri təqdim olundu. Ən fəal valideyn komitələrinə məktəbin direktoru tərəfindən təşəkkürnamə verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi