“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş ilk dərslər

“Konstitusiya və Suverenlik ili”nə həsr olunmuş ilk dərslər keçirildi.
Yeni tədris ilinin ilk dərsləri “Konstitusiya və Suverenlik ili” mövzusuna həsr olundu.
Şagirdlərə Azərbaycanın dövlət müstəqilliyi, suverenlik anlayışı, Konstitusiyanın qəbulunun tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verildi. Vurğulandı ki, müstəqilliyin qorunması və suverenliyin möhkəmləndirilməsi hər bir vətəndaşın müqəddəs borcudur.
Pedaqoji proses ərzində şagirdlər fəal iştirak edərək öz biliklərini bölüşüb mövzu ətrafında maraqlı müzakirələr apardılar.
Məqsəd gənc nəslin milli-mənəvi dəyərlərə, dövlətçiliyə və vətənpərvərlik ruhuna daha da bağlı böyüməsinə xidmət etməkdir.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #Konstitusiya