İbtidai siniflər üzrə metodbirləşmə iclası

İbtidai siniflər üzrə metodbirləşmə iclası keçirildi.
Yeni tədris ilinin başlanması ilə əlaqədar ibtidai siniflər üzrə metodbirləşmə iclası keçirildi. İclası məktəb direktoru Röya İslamova açaraq Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimat və göstərişlərini ibtidai sinif müəllimlərinin nəzərinə çatdırdı. Həmçinin IV siniflərdə aparılan monitorinq nəticələri fənn müəllimləri ilə birgə təhlil olundu.
İbtidai siniflər üzrə metodbirləşmə sədri Nübar Ramazanova Təhsil İşçilərinin Sentyabr Konfransında müzakirə olunan məsələləri, keçiriləcək diaqnostik qiymətləndirmə qaydaları, Azərbaycan dili fənnindən təkmilləşdirilmiş kurikulum standartları, keçən ilin uğur və nöqsanlarını müəllimlərin diqqətinə çatdırdı.
Daha sonra müəllimlər illik proqram materiallarının planlaşdırmasını təhlil etdilər. Sonda qarşıya qoyulan məsələlərin həlli istiqamətində metodbirləşmənin yeni dərs ilində həyata keçirəcəyi vəzifələr müəyyənləşdirildi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #iclas