1-ci sinfə qədəm qoyacaq şagirdlərin valideynləri ilə görüş

Bu gün məktəbimizdə sinif rəhbərləri və məktəb psixoloqunun iştirakı ilə 1-ci sinfə qədəm qoyacaq şagirdlərin valideynləri ilə görüş keçirildi. Görüşdə sinif rəhbərləri tərəfindən dərsin təşkili qaydaları və görüləcək işlər barədə məlumat verildi.
Məktəb psixoloqu adaptasiya prosesinə toxunaraq fizioloji və psixoloji xüsusiyyətləri haqqında danışdı. Valideynlərə bu prosesə dəstək olması üçün lazımı tövsiyələr verildi. Şagirdlərin diqqət prosesini artırmaq üçün sadə tapşırıqlar valideynlərin nəzərinə çatdırıldı. Valideynləri maraqlandıran suallar cavablandırıldı. #ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84məktəb #psixoloq #adaptasiya