Pedaqoji Şura iclası

Pedaqoji Şura iclası keçirildi.
2025-2026-cı tədris ilinin başlaması ilə əlaqədar Pedaqoji Şura iclası keçirildi.
Məktəbin direktoru Röya İslamova iclası açıq elan edərək yeni tədris ili münasibətilə kollektivi təbrik edib onlara uğurlar arzuladı. Həmçinin ötən tədris ilinin yekunları müzakirə olundu, müəllimlərin perspektiv planları, diaqnostik qiymətləndirmə nümunələri, BŞTİ və MÜTDA-nın əmr və təlimatları, tədris ili ərzində qarşıya qoyulan hədəflər müəllimlərin diqqətinə çatdırıldı.
Daha sonra təlim-tərbiyə işləri üzrə direktor müavini Fidan Həbibova, təşkilatçı Araz Balaoğlanov, təsərrüfat işləri üzrə direktor müavini Şəhla Rəsulova və psixoloq Dilşad Yusubova çıxış edərək şagirdlərin dərsə davamiyyəti, məktəb-valideyn əlaqələrinin möhkəmləndirilməsi, təlim nəticələrinin yüksəldilməsi, fənn aylıqlarının keçirilməsi, məktəbdə psixoloji xidmətin təşkili, istedadlı şagirdlərin üzə çıxarılması və s.məsələlərlə bağlı görüləcək işlərdən bəhs etdi.
Sonda məktəbimizə yeni təyin olunan müəllimlər kollektivə təqdim olundu, ilk peşə fəaliyyətinə başlayan müəllimlər "müəllim andı" içdi.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #Pedaqojişura #iclas