HAQQIMIZDA

         

  Aslan Muradov adına 84 nömrəli tam orta məktəb Suraxanı rayonu Əmircan qəsəbəsində  yerləşir.Məktəb  100 ildən artıqdır ki, fəaliyyət göstərir. Məktəbin əsası 1923-cü ildə qoyulmuşdur. Əvvəlcə yalnız oğlanların təhsil aldığı, təhsil müddəti 5 il olan 2-ci dərəcəli Şura məktəbi kimi fəaliyyətə başlayan məktəbin ilk şagirdləri içərisində dünya şöhrətli Azərbaycan rəssamı Səttar Bəhlulzadə də olmuşdur.II Dünya Müharibəsi illərində məktəb hərbi qospital kimi fəaliyyət göstərmiş, o zaman məktəbin direktoru olan Məmmədağa Babayev könüllü olaraq cəbhəyə yollanmış və müharibədə həlak olmuşdur.Məktəb 1994-cü ildən məktəbin məzunu olmuş I Qarabağ müharibəsi şəhidi Aslan Muradovun adını daşıyır.Məktəbin 3 şəhid məzunu vardır.

1995-ci ildən məktəb 11 illik tam orta təhsil verir.Məktəbin köhnə binası Dövlət Proqramı çərçivəsində 2012-ci ildə sökülərək yerində 2014-cü ildə 960 nəfərlik yeni məktəb binası tikilmişdir.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 sentyabr 2014-cü il tarixdə məktəbin yeni inşa edilmiş binasının açılış mərasimində iştirak edərək məktəbdə yaradılan şəraitlə tanış olmuşdur.Məktəb müxtəlif fənn kabinetləri, geniş idman zalı, akt zalı, tibb otağı və yeməkxana ilə şagirdlərin xidmətindədir.Hal-hazırda məktəbdə  926 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur.Onlardan 47 nəfəri ali, 8-nəfəri isə orta ixtisas təhsillidir.

            2013-2014-cü ilin məzunu Talıbova Ləman Vüqar qızı qızıl medala layiq görülmüşdür.2022-2023-cü tədris ilində tam orta təhsil səviyyəsi üzrə 4 şagird, ümumi orta təhsil səviyyəsi  üzrə 2 şagird məktəbi fərqlənmə attestatı ilə bitirmişdir.601 bal toplayan Alievi Ulvia BDU-nun riyaziyyat müəllimi fakültəsinə qəbul olmuşdur.Məktəb 2 dəfə Təhsil Nazirliyinin həyata keçirdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Qrant müsabiqələrində, 1 dəfə “Ən yaxşı məktəb saytı” müsabiqəsində qalib olmuşdur.2019-2020-ci tədris ilindən məktəbdə STEAM layihəsi tətbiq olunur.2022-2023-cü tədris ilindən etibarən İnklüziv təhsil sinifləri fəaliyyət göstərir.Məktəbdə peşəkar pedaqoji heyət çalışır.Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında iştirak edən müəllimlərin hər biri yüksək nəticələrlə uğur qazanmışlar.

            Məktəbin fəaliyyətinin 100 illiyi  “Bir əsrlik tarix” adlı yubiley tədbiri ilə 2023-cü ilin iyun ayında böyük təntənə ilə qeyd olunmuşdur.

          

                                                                                             

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi