Kiçik Akademiya

İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş seminar keçirilibMartın 9-da Kiçik Akademiya rəhbəri Aytəkin Quliyevanın təşkilatçılığı ilə İrəvan Müəllimlər Seminariyasının 140 illiyinə həsr olunmuş seminar keçirilib. Məqsəd təhsil və pedaqoji fikir tariximizin, maarifçilik tariximizin, milli mədəniyyət tariximizin və kimliyimizin parlaq səhifələri barədə şagirdlərin maarifləndirilməsidir. Tədbirdə İrəvan Müəllimlər Seminariyası haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, 8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynadımışdır. Daha sonra şagirdlərlə fikir mübadiləsi aparılıb. Mövzuya dair videoçarxlar izlənilib.

Ətraflı

Kiçik Akademiyanın hesabatı keçirilibYanvarın 14-də Aytəkin Quliyevanın təşkilatçılığı ilə Kİçik Akademiyanın hesabatı keçirilib. Məqsəd dövr ərzində Kiçik Akademiya üzvləri tərəfindən görülmüş işlərin təhlili, yerinə yetirilmiş fəaliyyətlərin təhlilidir. Tədbirdə üzvlər tərəfindən təqdimatlar edilib, dövr ərzində görülmüş işlər təhlil olunub.

Ətraflı

"İnsan alveri bəşəri faciədir" mövzusunda seminar keçirilibMəktəbin Fəaliyyət planına uyğun olaraq yanvarın 13-də biologiya müəllimi Aytəkin Quliyevanın təşkilatçılığı ilə  "İnsan alveri bəşəri faciədir" mövzusunda seminar keçirilib.       Məqsəd insan alveri ilə bağlı həyata keçirilən Dövlət Proqramının icrasında ictimai rolun artırılması, gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkilidir.      Fənn müəllimi cinayətkarlar tərəfindən vətəndaşları insan alverinə necə cəlb etmələri, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Şagirdlər həmçinin insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatlandırıb.         Daha sonra şagirdlərin bu sahədə sualları cavablandırılıb.

Ətraflı

"Kiçik Akademiya" üzvlərininin iştirakı ilə təqdimat keçirilibDekabrın 9-da məktəbin Fəaliyyət planına uyğun olaraq Aytəkin Quliyevanın rəhbərliyi və Kiçik Akademiya üzvlərinin iştirakı ilə “Ekologiya” mövzusunda təqdimat keçirilib. Tədbirin keçirilməsində məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsindən ibarət olub. Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi və s. mövzularda geniş informasiya verilmiş, görülmüş işləri əks etdirən film nümayiş etdirilmiş, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Ətraflı

"Kiçik Akademiya" üzvləri məktəbin həyətyanı sahəsində tədqiqat işi aparıblar“Yay məktəbi” çərçivəsində biologiya müəllimi Aytəkin Quliyeva və "Kiçik Akademiya" üzvləri məktəbin həyətyanı sahəsində tədqiqat işi aparıblar. Məktəbin həyətyanı sahəsində “Məktəbyanı ərazidə olan bitkilərin müxtəlifliyi”, “Müxtəlif növ bitkilərin vegetativ və generativ orqanları” mövzusunda təqdimatla çıxış ediblər. Şagirdlər məktəbyanı ərazidə olan bitkilərin sistematik kateqoriyadakı yerini əyani şəkildə tapdılar.

Ətraflı

“Kiçik Akademiya”nın üzvlərinin iclası keçirilibMayın 8-də məktəbin illik Fəaliyyət Planına uyğun olaraq “Kiçik Akademiya”nın fəaliyyəti çərçivəsində “Kiçik Akademiya”nın üzvlərinin iclası keçirilib. Məqsəd şagirdlərin elmi potensialının üzə çıxarılması, yaradıcılıq və elmi tədqiqat işlərinə maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin fəaliyyətinin istiqamətləndirilməsi, onlarda yaradıcılığa maraq, tədqiqatçılıq bacarıqları və elmi dünya görüşünün inkişaf etdirilməsi, şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlığıdır. Şagirdlər maraqlı təqdimatlarla çıxış ediblər.

Ətraflı
HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Talıbova Ləman Vüqar

Ulvia Alıevı

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Talıbova Ləman Vüqar

Ulvia Alıevı

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi