"Kiçik Akademiya" üzvlərininin iştirakı ilə təqdimat keçirilib

Dekabrın 9-da məktəbin Fəaliyyət planına uyğun olaraq Aytəkin Quliyevanın rəhbərliyi və Kiçik Akademiya üzvlərinin iştirakı ilə “Ekologiya” mövzusunda təqdimat keçirilib. Tədbirin keçirilməsində məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, uşaq və gənclərin ekoloji hərəkatının genişləndirilməsindən ibarət olub. Tədbir iştirakçılarına ətraf mühit və təbii sərvətlərin qorunmasında ekoloji maarifləndirmənin rolu, su ehtiyatlarının idarə olunması, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi sahəsində həyata keçirilmiş tədbirlər, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, istehsalat və məişət tullantılarının idarə olunması, yaşıl iqtisadiyyat və davamlı inkişaf, Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi və s. mövzularda geniş informasiya verilmiş, görülmüş işləri əks etdirən film nümayiş etdirilmiş, həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi