"İnsan alveri bəşəri faciədir" mövzusunda seminar keçirilib

Məktəbin Fəaliyyət planına uyğun olaraq yanvarın 13-də biologiya müəllimi Aytəkin Quliyevanın təşkilatçılığı ilə  "İnsan alveri bəşəri faciədir" mövzusunda seminar keçirilib.       Məqsəd insan alveri ilə bağlı həyata keçirilən Dövlət Proqramının icrasında ictimai rolun artırılması, gənclər və yeniyetmələr arasında insan alverinə qarşı mübarizə üzrə maarifləndirmə işinin təşkilidir.      Fənn müəllimi cinayətkarlar tərəfindən vətəndaşları insan alverinə necə cəlb etmələri, insanların özünü bu bəladan qorunma yolları, bu sahədə fəaliyyət göstərən dövlət qurumları və onların qaynar xətt xidmətləri barədə məlumat verib. Şagirdlər həmçinin insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumatlandırıb.         Daha sonra şagirdlərin bu sahədə sualları cavablandırılıb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi