Məktəbimizdə xüsusi və yaddaqalan bir gün

Məktəbimizdə xüsusi və yaddaqalan bir gün yaşandı. Məktəbin təsərrüfat işləri üzrə direktor müavini Şəhla Rəsulova və ingilis dili müəllimi Sədaqət Məmmədovanın yubileyi münasibətilə görüş təşkil olundu.
Görüşdə məktəb rəhbərliyi, müəllim kollektivi iştirak edərək yubilyarları təbrik etdilər. Onların uzun illər ərzində göstərdikləri səmərəli fəaliyyət, təhsilin inkişafına verdikləri töhfələr, məsuliyyətli və peşəkar yanaşmaları xüsusi vurğulandı.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #yubiley