5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü

   5 iyun Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günüdür.

   Bununla əlaqədar məktəbin ibtidai sinif müəllimi Pərvinə Mehrəliyeva 2C sinfində maraqlı və interaktiv dərs təşkil etdi. Sinifdə ətraf mühitin çirklənməsi, təbii sərvətlərin düzgün istifadəsi və gündəlik həyatda ekoloji düşüncənin tətbiqi barədə söhbətlər aparıldı. Şagirdlər öz fikirlərini sərbəst şəkildə bölüşüb “Yaşıl dünya üçün nə edə bilərik?” sualı ətrafında maraqlı müzakirələr apardılar. Daha sonra onlar rəsm vasitəsilə təbiətə olan münasibətlərini ifadə edib rəngarəng işləri ilə ekoloji mesajlar çatdırdılar. Dərs boyu uşaqlar həm öyrənib, həm də yaradıcılıqlarını nümayiş etdirərək ətraf mühitin qorunmasına kiçik yaşlardan necə töhfə verə biləcəklərini göstərdilər.

   Pedaqoji proses həm maarifləndirici, həm də uşaqlar üçün olduqca əyləncəli və yadda qalan oldu.

   Dərsin məqsədi şagirdlərə təbiəti sevməyi, onu qorumağın vacibliyini aşılamaq və bu sahədə ilkin biliklər qazandırmaqdır.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #ƏtrafMühitinMühafizəsiGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi