Paytaxt təhsil işçilərinin 2025-2026-cı tədris ilinin Sentyabr konfransı

Paytaxt təhsil işçilərinin 2025-2026-cı tədris ilinin Sentyabr konfransı keçirilib. İbtidai sinif müəllimlərimiz Nübar Ramazanova , Aygün Ağayeva, Günay Əliyeva bu konfransda iştirak ediblər.Konfransda MÜTDA-nın direktor müavini V.Yaqublu məktəblərdə müsbət öyrənmə mühitinin formalaşdırılmasında tətbiq oluna biləcək fəaliyyətlərdən danışıb.Eyni zamanda oxuyub-anlamanın və riyazi təfəkkürün inkişaf etdirilməsi istiqamətində sinifdə tətbiq etdikləri effektiv üsulları səsləndirmək və həmkarları ilə paylaşmaq üçün ibtidai sinif müəllimlərinə söz verilib.Çıxış edənlər arasında Nübar Ramazanova da olub,rəhbəri olduğu inklüziv sinifdə təhsil keyfiyyətinin artırılması üçün istifadə etdiyi metodlar haqqında məlumat verib.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #müəllim