İbtidai sinifdə buraxılış tədbiri

İbtidai sinifdə buraxılış tədbiri keçirildi.
05.06.2025-ci il tarixində unudulmaz və duyğusal anlarla yadda qalan buraxılış tədbiri keçirildi. Məktəbin ibtidai sinif müəllimi Aygün Ağayevanın təşkilatçılığı və rəhbərliyi ilə 4b sinfinin şagirdləri “Son ibtidai dərs” adlı tədbirdə çıxış etdilər.
Tədbirdə şagirdlər dərs müddətində qazandıqları bilik və bacarıqları nümayiş etdirdilər. Onlar dərsliklərdə tanış olduqları tarixi şəxsiyyətləri və ədəbi obrazları canlandıraraq maraqlı səhnəciklər təqdim etdilər. İfa etdikləri vətənpərvər və şən mahnılar, səhnə çıxışları, poetik kompozisiyalar tədbir iştirakçılarına duyğulu anlar yaşatdı. Milli dəyərləri əks etdirən rəqs nömrələri və xalq musiqiləri isə tədbirə xüsusi bir rəng qatdı.
Şagirdlər həmçinin ibtidai təhsildə onlara bilik, qayğı və diqqət göstərən müəllimlərinə səmimi minnətdarlıqlarını bildirdilər. Tədbir məktəb rəhbərliyi, müəllimlər və valideynlərin böyük marağı və alqışları ilə qarşılandı.
#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #SonİbtidaiDərs #Müəllim #Şagird #Təhsil #BuraxılışTədbiri