15 Sentyabr - "Bilik Günü"

   15 Sentyabr - "Bilik Günü"nə həsr olunmuş tədbir keçirildi.

   15 sentyabr – "Bilik Günü" münasibətilə məktəbimizdə tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, Suraxanı rayonu İcra Hakimiyyətinin nümayəndəsi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarını fəda edən şəhidlərmizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlandı.

   Məktəbin direktoru Röya İslamova "Bilik Günü" münasibətilə müəllim və şagirdləri, onların valideynlərini təbrik edərək yeni tədris ilində onlara uğurlar arzuladı.

Tədbirin bədii hissəsində birinci siniflərin təqdimatında şeirlər səsləndirildi, musiqilər ifa olundu.

#ElmvəTəhsilNazirliyi #BŞTİ #MÜTDA #84Məktəb #EduAz #BakuEduAz #BilikGünü

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi