Molla Pənah Vaqifin "Hayıf ki, yoxdur" qoşması təhlil olunub

Yanvarın 11-də Azərbaycan dili müəllimi Məlahət Alməmmədovanın rəhbərliyi və 8”A” sinif şagirdlərinin iştirakı ilə “Molla Pənah Vaqifin "Hayıf ki, yoxdur" qoşması” mövzusunda nümunəvi dərs keçirilib.
Məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
Virtual məktəb platforması üzərindən təşkil olunan dərsdə "Hayıf ki, yoxdur" qoşması təhlil olunub. Qeyd olunub ki, «Hayıf ki, yoxdur» əsəri Vaqif yaradıcılığında xüsusi yer tutur. Qoşma Azərbaycan coğrafiyasının bənzərsiz poetik tərcümanı olan qiymətli lirika nümunəsidir. «Hayıf ki, yoxdur» mətləbi Vaqifin nikbin realizminin ağrılı çalarlarının bədii ifadəsidir.
Mövzu ilə bağlı şagird təqdimatları dinlənilib, onlayn formada səhnəcik nümayiş olunub.